Xəbər lenti

"Hələ də tapılmayan vətəndaşlarımız var” - Ceyhun Bayramov
Siyasət12:57 11.02.2023

"Hələ də tapılmayan vətəndaşlarımız var” - Ceyhun Bayramov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hələ də tapılmayan və məlumat ala bilmədiyimiz vətəndaşlarımız var".
"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Kahramanmaraşda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bu müddət ərzində Azərbaycanın 5 vətəndaşının zəlzələ zonasında həlak olması təsdiq edilib:
"Bir nəfərin nəşinin qohumları tərəfindən Türkiyədə dəfn edilməsi qərar alınıb. Digər 4 nəfərin isə Azərbaycana aparılması istiqamətində işlər davam edir. Eyni zamanda hələ də tapılmayan və məlumat ala bilmədiyimiz vətəndaşlarımız var".