Xəbər lenti

Helikopteri vurmağımıza dünyadan REAKSİYA
Siyasət06:08 13.11.2014

Helikopteri vurmağımıza dünyadan REAKSİYA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dağlıq-Qarabağda Ermənistan hərbisinə məxsus helikopterin vurulması ilə əlaqədar Avropa Birliyi və Birləşmiş Millətlər Təşkilatından da reaksiya gəlib.

ANS PRESS-in məlumatına görə, hər iki beynəlxalq təşkilat hələlik faktı təsdiqləməyib və məsələyə dair araşdırma aparılması üçün çağırış edib.

BMT baş katibinin müavini Farhan Haq hadisəyə dair dəlillərin toplanacağını deyib.

Avropa Birliyi isə, rəsmi saytında məsələyə münasibət bildirib. “Avropa Birliyi ATƏT-in Minsk qrupu və 3 həmsədrə məsələnin həllində göstərdiyi cəhdlərinə görə bir daha dəstəyini elan edir. Hər iki ölkə atəşkəs rejiminə riayət etməli, qarşılıqlı şəkildə güc tədbiq etməkdən çəkinməli və münaqişənin sülh yolu ilə nizamlanması üçün cəhdlərini yeniləməlidir”.

Qaynar.info