Xəbər lenti

Helikopterlər havaya qaldırıldı - BAKIDA
Ölkə13:46 28.10.2014

Helikopterlər havaya qaldırıldı - BAKIDA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəzərin Azərbaycan sektorunda itkin düşən balıqçıları tapmaq hələlik mümkün olmayıb. 

Qaynar.info Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu ərazisindən balıq tutmaq məqsədilə dənizə çıxmış və itkin düşdüyü ehtimal olunan 3 nəfərin axtarışları Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi və Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən davam etdirilir.

Axtarışlar barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, oktyabrın 22-də Bakı şəhər sakini Şamil Yolçuyev, Xaçmaz rayon sakinləri Yusif Mahmudov və Elman Qayıbxanov qayıqda Nardaran qəsəbəsindən Xəzər dənizinə çıxıblar və geri qayıtmayıblar.

Qaynar.info