Xəbər lenti

HƏMAS liderlərinin müəmmalı Türkiyə görüşü (ŞƏRH)
Siyasət11:42 18.12.2023

HƏMAS liderlərinin müəmmalı Türkiyə görüşü (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Təl-Əviv Qəzzanı İsrail ərazisi elan edəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev HƏMAS-ın Siyasi Bürosunun sədr müavini Saleh əl-Aruri ilə hərəkatın keçmiş rəhbəri Xalid Məşəl arasında Türkiyədə baş tutan gizli görüşü şərh edərkən deyib.
"Onların İstanbuldakı görüşündə qeyri-adi nəsə yoxdur.  Burada oturub danışmaqla ortaya bir şey çıxmır. Amma HƏMAS-la İsrailin bir araya gələcəyinə  inanmıram. Çünki  İsrailə indiki vəziyyət sərf etmir. İsrail bu məsələlərin həllini  yanvarın sonlarına planlaşdırır. Hər halda, müharibə  davam edəcək. İsrailin əsas  məqsədi Qəzza bölgəsini tam nəzarətə götürməkdir. Daha doğrusu, gələcəkdə Qəzza ərazisini İsrailə qatmağı planlaşdırırlar. İndiyə qədərki praktika göstərir ki, İsrail müharibələr nəticəsində haranı tutubsa, sonradan onu geri qaytarmır. İndi də həmin proses gedir. İsrail tam olaraq Qəzzanı nəzarətə götürəcək. Netanyahu öz maraqlarını təmin edənə, HƏMAS bitənə qədər müharibəni davam etdirəcək", deyə Cümşüd Nurliyev bildirib.
Siyasi şərhçi Kənan Rövşənoğlu isə deyib ki, bir görüşlə nəyinsə dəyişəcəyini düşünmək sadəlövhlük olardı:
"HƏMAS liderləri regionun müxtəlif ölkələrində məskunlaşıb, onların hazırda müharibənin davam etdiyi bir vaxtda görüşüb məsləhətləşməsi normaldır. Ötən həftə sonu İsrail ordusunun yanlışlıqla 3 israilli əsiri güllələnməsindən sonra əsir dəyişikliyi yenidən gündəmə gəlib. İsrail ictimai rəyi Netanyahu hökumətinə əsir dəyişikliyinə getməsi üçün təzyiq edir. Ancaq indiki vəziyyətdə HƏMAS-ın əlində müharibəni dayandırmaq üçün 100 nəfərdən bir qədər çox olan israilli əsirdən başqa heç bir vasitə yoxdur. Bu səbəbdən də HƏMAS əsirlərin azad edilməsi qarşılığında atəşkəs tələb edir. İsrailin buna getməsi bir qədər sualldır. Amma dediyim kimi, Netanyahu hökuməti üzərində ciddi təzyiq var. Görünür ki, müzakirələr də bununla bağlıdır”. 
Qeyd edək ki, "Kan" radiosunun məlumatına görə, HƏMAS-ın Siyasi Bürosunun sədr müavini Saleh əl Aruri ilə hərəkatın keçmiş rəhbəri Xalid Məşəl arasında Türkiyədə gizli görüş olub. Görüş zamanı HƏMAS-ın İsraillə münaqişədə gələcək addımları müzakirə olunub. Radiostansiyanın məlumatına görə, HƏMAS nümayəndələri Qəzza zolağında və Livanda yaraqlıların fəaliyyətini, eləcə də yeni girov mübadiləsi sazişini müzakirə ediblər. 
Rüfət Sultan