Xəbər lenti

"Hər cür tədbir alındı"- Türkiyədə Əfqanıstanla bağlı kritik iclas
Siyasət18:22 16.08.2021

"Hər cür tədbir alındı"- Türkiyədə Əfqanıstanla bağlı kritik iclas

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın rəhbərliyi ilə Əfqanıstanla bağlı kritik toplantı keçirilib.
Qaynarinfo xəbər verir ki, Baş Qərargah rəisi General Yaşar Güler və Hərbi Hava Qüvvələri Komandanı Hasan Küçükakyüzün də iştirak etdiyi iclasda ölkədəki son vəziyyət müzakirə edilib. Əfqanıstandakı Türkiyə sülhməramlı qüvvələrinin komandiri videoformat şəklində vəziyyəti məruzə edib.
Akar prosesi yaxından izlədiklərini, Kabildəki türk əsgərlərinin təhlükəsizliyinin prioritet olduğunu vurğulayıb.
Nazir qeyd edib ki, bu mövzuda hər cür tədbir alınıb. Əməliyyat mərkəzi ilk gündən fəaliyyətə başlayıb və hadisələrin inkişafı ciddi şəkildə təqib olunur.
Q.R