PRONET Prospect ERP şirkəti 2005-2015-ci illər ərzində ProCALL həllini tətbiq etdiyi müştərilərə və ölkəmizin bütün şirkət, müəssisə və holdinqlərinə müraciət edərək, onlara proqramın tam yeni, təkmilləşmiş versiyasını təklif edir.
Hər zaman öz üzərində çalışan PRONET Prospect ERP beynəlxalq təcrübəyə dünyada baş verən innovativ yenilikləri öz həllərinə də tətbiq etməkdədir. Odur ki, şirkət müştərilərinin istəklərinə əsasən ProCALL həllinə çoxsaylı yeni funksiyalar əlavə edib. Tətbiq olunmuş yeniliklər Çağrı Mərkəzləri və Contact-Centre-lərin işlərini asanlaşdırmağa, satışların artırılmasına və mükəmməl idaəetmə sisteminin formalaşmasına yönəldilib.
Qeyd edək ki, PRONET Prospect ERP - nin İntellektual Telefoniya Sistemini tətbiq etdiyi müştərilər siyahısında hazırda tam yeni versiyanın tətbiq olunduğu Paşa Sığorta, ABC Telecom, Dərsevi, ATB Bank və s. ilə yanaşı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Korrupsiya qarşı mübarizə idarəsi, Alfa Sığorta, Baku Medical Plaza, Evakuator xidməti, Avromed, Kapital Bank, Nikoil Bank, Torpaq və Xəritəçəkmə Komitəsi, STR MMC (Messenat Holdinq), Pal Süd, Ata Sığorta kimi bir sıra şirkətlərin də adları var.
PRONET Prospect ERP mövcud müştərini saxlamaq bir yeni müştəri cəlb etməkdən 7 dəfə ucuz başa gəldiyini anlayaraq, bütün şirkətlərə bu fürsəti dəyərləndirməyə dəvət edir.