Xəbər lenti

Hərbçilər qəzaya düşdü
Ölkə09:48 15.11.2013

Hərbçilər qəzaya düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Günorta saatlarında Bakı-Qazax magistralının 386-cı km-də - Şəmkir rayonu Əliyaqublu kəndi ərazisində ərazisində yol qəzası baş verib.

Trend-in verdiyi məlumata görə, qəza zamanı "VAZ 21015" və "Opel" markalı maşın toqquşub. Nəticəsində 4 nəfər xəsarət alıb. Əraziyə FHN-in xilasediciləri cəlb olunub.

"VAZ 21015" markalı avtomobilin sərnişinləri N saylı hərbi hissənin qulluqçularıdır.

Hadisəyə "VAZ" markalı maşının dönmə əməliyyatını düzgün yerinə yetirməməsinin səbəb olduğu bildirilir.

Qəza ilə əlaqədar yolda hərəkət məhdudlaşdırılıb.

Qaynar.info