Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.
Qaynar/info-nun Müdafiə Nazirliyinə istinadla verdiyi məlumata görə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri sentyabrın 22-dən 26-dək Tbilisi şəhərində (Gürcüstan) "Eternity - 2014" kompüter dəstəkli komanda-qərargah təlimində iştirak edəcəklər.
Sentyabrın 23-dən oktyabrın 2-dək isə Silahlı Qüvvələrimizin nümayəndələrinin iştirakı ilə Brunssum şəhərində (Niderland Krallığı) "Trident joust 2014" təkmilləşdirilmiş müşahidəçi proqramı baş tutacaq.
Qaynar.info