Xəbər lenti

Hərbi ekspert İranda baş verən həyəcanı şərh etdi
Siyasət08:17 30.01.2021

Hərbi ekspert İranda baş verən həyəcanı şərh etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İranda baş verən son hadisə İran hava hücumundan müdafiə sistemlərinin uzun müddət yenilənmədiyi ilə əlaqələndirilə bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun fikrincə, baş verənlər həqiqətən də avadanlıqların nasazlığı ilə əlaqədar ola bilər:
"Nəzərə alsaq ki, İran uzun müdətdir bir çox Avropa ölkələri, o cümlədən ABŞ sanksiyaları altındadır, o zaman onların təchizatında problemlərin olduğu heç kimdə təəccüb oyatmayacaq. Həm də İran-Türkiyə arasında münasibətlərin kifayət qədər normal olduğu mövcud bir şəraitdə belə bir hadisənin baş verməsi heç də İranın maraqlarına uyğun gəlmir".
 
Ədalət Verdiyev hesab edir ki, belə bir həyəcan siqnalının səslənməsi ilk dəfə baş vermiş olsa da, İranın hava hücumundan müdafiə sistemlərinin daha əvvəllər də hədəf tanımada yanlışlara yol verdiyi məlumdur:
"İranın hava hücumundan müdafiə sistemi bu ölkə ilə münasibətləri gərkin olan qüvvələr tərəfindən kiber hücumlara da məruz qala bilərdi. Bu anlaşılmazlıqlar, nasazlıqlar qısa müddətdə aradan qaldırılacaq və hər iki ölkə arasında aviareyslər yenidən bərpa olunacaq. Bu, həm də İranın maraqlarına daha çox uyğun gələn bir faktor kimi dəyərləndirilməlidir".
Bahar Rüstəmli