
Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə baş vermiş partlayış nəticəsində iki hərbçimiz xəsarət alıb.
Ötən axşam Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə hadisə baş verib. Anspress-in yaydığı məlumata görə, hərbi hissənin qazanxanasında partlayış olub.
Hadisə nəticəsində iki əsgər - Binəqədi Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Musazadə Natiq və Ağsu hərbi komissarlığından hərbi xidmətə çağırılan Bayramov Xaliq Rafiq oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.
Natiq Musazadə 3-cü, Xaliq Bayramov isə 2-ci dərəcəli yanıq xəsarətləri ilə hərbi hospitala yerləşdiriliblər.
Qaynar.info