Xəbər lenti

Hərbi tibb komissiyaları ləğv olunur
Ölkə09:24 04.03.2013

Hərbi tibb komissiyaları ləğv olunur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda həqiqi hərbi xidmətə çağırışla bağlı hərbi tibb komissiyaların ləğv olunaraq bu strukturun yeni formada, vahid tabeçilikdə təşkil olunması gözlənilir. 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı bir qrup ictimaiyyət nümayəndələrin müraciəti və bir qrup deputatın təşəbbüsü əsasında  “Hərbi xidmət və hərbi vəzifə haqqında” və “Hərbi xidməti keçmə” haqında qanuna əlavə və dəyişikliklər edilə bilər.

Nəzərdə tutulan layihəyə əsasən hərbi tibbi komissiyalar artıq yerli icra hakimiyyətlərinin qərarı ilə müxtəlif qurumların nümayəndələrindən təşkil olunmayacaq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid tabeçiliyində komissiya kimi yaradılacaq. Komissiyanın müvafiq olaraq rayonlar üzrə bölmələri də fəaliyyət göstərəcək. Eyni zamanda təkliflər arasında Xidmətin nəzdində xüsusi hərbi tibbi poliklinikaların də təşkili edilməsi də var. Poliklinikalarda həqiqi hərbi xidmətə çağırışçıların sağlamlığı, o cümlədən hərbi xidmətə psixoloji hazırlığı da yoxlanılacaq. Yeni nəzərdə tutulan layihəyə əsasən Komissiya üzvləri artıq cari dövr üzrə müxtəlif müəssisələrdən dəvət olunaraq yox, Xidmətin daimi işçiləri kimi fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, hazırkı qanunvericiliyə əsasən hərbi tibbi komissiyalar cari dövr üzrə yerli rayon icra hakimiyyətlərinin qərarı ilə müxtəlif aidiyyəti şəxslərdən ibarət olaraq təşkil olunur. Komissiyaya müxtəlif müəssisələrdən müxtəlif sahələr üzrə həkimlər, ekspertlər dəvət olunur.

Qanunvericiliyə gözlənilən əlavə və dəyişikliklərə görə, hərbi çağırışçılar 16 yaşdan etibarən hərbi çağırış yaşına qədər ildə bir dəfə nəzərdə tutulan Komissiyalar tərəfindən sağlamlığın müxtəlif sahələri üzrə yoxlanışdan keçəcək, psixoloji dəstək alacaqlar. Hazırkı qanunvericiliyə görə isə hərbi çağırışçılar hərbi xidmətə qədər iki dəfə - 16 yaşda və hərbi xidmətə çağırışdan bir ay əvvəl tibbi yoxlanışdan keçirlər.

Onu da qeyd edək ki, layihənin yaxın zamanlarda parlamentdə müzakirəyə çıxarılması gözlənilir.

Qaynar.info