Xəbər lenti

Hesablama Palatasının səlahiyyətlərindən biri ləğv edildi
Ekonomiks14:22 31.07.2019

Hesablama Palatasının səlahiyyətlərindən biri ləğv edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hesablama Palatasının səlahiyyətlərindən biri ləğv edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi "Hesablama Palatası haqqında” qanuna dəyişiklik edilməsi barədə Milli Məclisin qəbul etdiyi qanunda bildirilir. 
Belə ki, qanunun 8.0.13-cü maddəsi ləğv edilib. Bu isə Hesablama Palatasının qanunla nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında işlərə baxmaq və inzibati tənbeh tətbiq etmək səlahiyyətinin ləğv edilməsi deməkdir.