Xəbər lenti

Həsən Əliyevin hakimliyinə xitam verildi
Ölkə15:30 11.02.2014

Həsən Əliyevin hakimliyinə xitam verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fevralın 11-də prezident İlham Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqda sərəncam imzalayıb

“Media forum” saytının məlumatına görə, sərəncamda deyilir: “Qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əkbər oğlu Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin”.

Ötən il sentyabrın 4-də Məhkəmə-Hüquq Şurasının qərarı ilə Həsən Əliyev barəsində intizam icraatına başlanmış, oktyabrın 28-də isə şura Həsən Əliyevin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqda qərar çıxarmışdı.

Qaynar.info