Xəbər lenti

“Heydər” məscidini hansı şirkət təmir edəcək? - 159 minlik müqavilə
Ekonomiks 14:45 18.09.2023

“Heydər” məscidini hansı şirkət təmir edəcək? - 159 minlik müqavilə

Bakının Binəqədi rayonunda fəaliyyət göstərən "Heydər” məscidində təmir işləri başlayır. 

Qaynarinfo xəbər verir ki, "Heydər” Məscidi İdarəsi bununla bağlı tenderə yekun vurub. 

Tenderin qalibi "Relcon” MMC seçilib. Təmir işlərinə 158 916,81 AZN xərckənəcək. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Relcon” MMC 19 dekabr 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, ev 17-də yerləşir. MMC-nin qanuni təmsilçisi Nağıyev Rövşən Musa oğludur. 

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barəsində heç bir məlumat yoxdur. 

"Dövlət satınalmaları haqqında” Qanunun 6.2.1-ci maddəsinə görə satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığın olması vacibdir. Bir ilin şirkətinin bu şərtlərə cavab verdiyi inandırıcı görünmür. Şirkətin maddı-texniki bazası haqqında hər hansı məlumatın olmaması da bu qənaəti gücləndirir. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->