
Oktyabrın 21-i Nərimanov Rayon Məhkəməsində hicab məhbusu Nahid Qəhrəmanova hökm oxunub.
Vəkil Bəxtiyar Hacıyevin “Media forum”a verdiyi məlumata görə, Nahid Qəhrəmanov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Nahid Qəhrəmanov 2012-ci il oktyabrın 5-i Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə tutulub. O, Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə təqsirli bilinir.
Qaynar.info