Xəbər lenti

Hikmət Hacıyev: “Biz bütün təzyiqlərə sinə gəlməyə hazırıq”
Siyasət09:52 09.10.2020

Hikmət Hacıyev: “Biz bütün təzyiqlərə sinə gəlməyə hazırıq”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Təəssüf ki, ölkəmizə qarşı – öz haqlı savaşı olduğu təqdirdə də - yenə də təzyiqlər, fərqli fikirləri olan bir sıra dövlətlər var. Ölkəmizə qarşı təbliğat da aparılır. Ancaq biz bunların hər birinə sinə gəlməyə hazırıq”.
Qaynarinfo xəbər verir ki, bunu "Haber Global”a müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.
"Düşünürəm ki, biz hərbçilərimizin müharibədə qan tökərək, addımbaaddım, işğaldan azad etdiyimiz ərazilərimiz və ondan sonra irəli gələn məsələlərimizi də masa arxasında eyni uğurlar davam etdirəcəyik”, - Prezidentin köməkçisi bildirib.