Xəbər lenti

Hikmət Hacıyev BMT-yə üzv dövlətlərə müraciət etdi (FOTO)
Siyasət12:51 06.11.2020

Hikmət Hacıyev BMT-yə üzv dövlətlərə müraciət etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan BMT-yə üzv dövlətləri öz ərazilərində ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş erməni terrorizminin maliyyələşdirilməsi üçün istifadəsinə qarşı çıxmağa çağırır”.
Qaynarinfo xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter” hesabında yazıb.
Prezidentin köməkçisi həmçinin, erməni diasporunun qeyri-kommersiya və xeyriyyə qurumları adı altında hərbi qüvvələrinə vəsait topladığını qeyd edib.
H.Hacıyev öz paylaşımında bu fəaliyyətlə məşğul olan təşkilatların adlarını yazıb.