Dünya 16:10 09.12.2022

Hindistanın baş naziri Ukraynaya nüvə təhdidlərinə görə Putinlə görüşü ləğv etdi

Hindistanın baş naziri Narendra Modi dekabr ayına prezident Vladimir Putinlə planlaşdırılan təkbətək görüşü ləğv edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” vəziyyətlə tanış olan rəsmilərə istinadən məlumat yayıb.

2000-ci illərin əvvəllərindən hər il keçirilən və 2020-ci il pandemiyası zamanı yalnız bir dəfə ləğv edilən Rusiya-Hindistan sammiti bu dəfə Putinin Ukraynada nüvə silahından istifadə ilə hədələməsi səbəbindən baş tutmayacaq, - Bloomberg mənbəsi izah edir.

O vurğulayıb ki, Rusiya ilə Hindistan arasında münasibətlər möhkəm olaraq qalır, lakin Modi hesab edir ki, hazırda Rusiya prezidenti ilə görüş ona fayda verməyəcək.

Adının çəkilməsini istəməyən Rusiya rəsmisi "Bloomberg”ə sammitin ləğvini təsdiqləyib. Onun sözlərinə görə, bunun hələ sentyabr ayında ŞƏT-in Özbəkistanda keçirilən sammitində baş verəcəyi bəlli olub, Modi Putini Ukrayna ilə sülh axtarmağa çağırıb və hazırkı dövrün "müharibələr dövrü” olmadığını deyib.

Nizami Bağırov