
Braziliyadakı dünya çempionatında 1/8 final mərhələsində dünən və gecə iki matç keçirilib.
Qaynar.info qol.az-a istinadən bildirir ki, ilk olaraq meydana Hollandiya və Meksika milliləri çıxıblar.
Oyunda hesabı Meksika yığması açsa da, avropalılar Sneyder və Huntelaarın qolu ilə 2:1 hesablı əzmkar qələbə qazanaraq 1/4 finala vəsiqəni təmin ediblər.
Digər oyunda isə Kosta-Rika və Yunanıstan üz-üzə gəliblər. Görüşün əsas vaxtı 1:1 hesabı ilə bitdiyidən əlavə vaxt oynanılıb. Bu vaxt ərzində də qol olmadığı üçün penaltilər seriyasına ehtiyac duyulub. Penalti zərbələrini daha dəqiqə yerinə yetirən Kosta-Rika növbəti mərhələyə adlayıb.
Qeyd edək ki, 1/4 finalda Hollandiya Kosta-Rika ilə qarşılaşacaq.
Xatırladaq ki, dünən keçirilən oyunlarda Braziliya Çiliyə, Kolumbiya isə Uruqvaya qalib gələrək 1/4 finalda oynamaq hüququ qazanıblar.
29 İYUN
01:00. Kosta-Rika - Yunanıstan - 1:1 (Penaltilər seriyası - 5:3)
Qol: Ruis, 52 (1:0), Sokratis, 90+1 (1:1)
Qırmızı vərəqə: Duarte, 76 (Kosta-Rika)
PENALTİLƏR SERİYSI:
Kosta-Rika: + + + + +
Yunanıstan: + + + -
21:00. Hollandiya - Meksika - 2:1
Qollar: Dos Santos, 48 (0:1), Sneyder, 88 (1:1), Huntelar, 90+4-pen. (2:1)
Qaynar.info