Xəbər lenti

Hollivudun Ömər Şərif ulduzu söndü - FOTOLAR
Sənət16:10 10.07.2015

Hollivudun Ömər Şərif ulduzu söndü - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Misirli aktyor Ömər Şərif 83 yaşında dünya ilə vidalaşıb. O, son illər altsaymer xəstəliyindən əziyyət çəkib. ANN.Az xəbər verir ki, bu barədə lenta.ru "Al Arabiya News Channel"ə istinadən məlumat yayıb.

Bu ilin may ayında məşhur aktyorun xəstəliyi ilə bağlı onun oğlu Tarik Al-Şərif jurnalistlərə məlumat verib. Bu xəstəlik səbəbindən aktyor 2012-ci ildən etibarən rollarda çəkilməkdən, ictimaiyyət içərisində olmaqdan imtina edib.

O, 1962-ci ildə oynadığı "Ərəb lourensi" filminə görə həm "Oskar", həm də "Qızıl qlobus" mükafatlarına layiq görülüb. Bundan əlavə o, "Doktor Civaqo", "Qızıl Makkenni", "Gülməli qız" və digər məşhur Hollivud filmlərindı yer alıb. 

Ümumilikdə, 100-ə qədər filmlərdə rol alan aktyorun sonuncu filmi 2009-cu ildə çəkilib. "Sizə deməyi unutdum"  filmində Ö.Şərif məhz altsaymer xəstəliyindən əziyyət çəkən qəhrəman obrazını gerçəkləşdirib.

Onun əsl adı Mişel Demetri Şalxubdur və 1932-ci ildə İskəndəriyyə şəhərində anadan olub. O, 1954-cü ildən aktyorluq karyerasına başlayıb. 

Qaynar.info