Xəbər lenti

Ekonomiks 18:20 07.08.2025

"Home Baku" yoxlama: Şirkət 3 milyondan artıq cərimələndi

Mətbəx əşyalarının satışı ilə məşğul olan "Home Baku" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) səyyar vergi yoxlaması həyata keçirilib. 

Qaynarinfo-nun məlumatına görə, Dövlət Vergi Xidməti tərəfindən aparılan səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində "Home Baku"  MMC barəsində 2.349.816,53 manat əlavə vergi, 1.174.908,27 manat maliyyə sanksiyası hesablanıb. 

Qeyd edək ki, Nəsimi rayonu, Salamzadə küçəsi, ev 31 ünvanında yerləşən şirkətin nizamnamə kapitalı 6452430 manat, qanuni təmsilçisi Fatih İsilakdır.

Əhməd

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->