
Müasir dövrün qlobal problemlərindən biri qadın və kişinin cinsi meyllərinin yerdəyişməsidir.
Cəmiyyətdə bir çoxları buna xəstəlik gözü ilə baxırlar. 1975-ci ildə Amerika psixoloqiya assosiyasiyası homoseksuallığı psixoloji xəstəliklər siyahısından çıxardı. Alimlər iddia adir ki, homoseksuallıq və psixopotologiya arasında əlaqə yoxdur. Bundan əlavə alimlər bildirir ki, seksual arientasiya seçiminin heç bir faktorla əlaqəsi yoxdur.
Bir çox alimlər isə bu problemin son dövrdə baş qaldırmasının səbəbini ailə instutunun dağılmasında görürlər. Onların fikrincə, Qərbdə homoseksualların sayın artmasında başlıca səbəb ailə dəyərlərinin olmamasındadır. Alimlərin fikrincə, uşaqda şəxsiyyət formalaşdıran valideyndir və hər hansı yalnışlıq və nəzarətsizlik dəhşətə yol açır.
Ginekoloq doktor Pərvanə Mahmudova Qaynarinfo.Az-ın sualarını cavablandırarkən bildirdi ki, cinsi meyllər bioloji tələbata görə dəyişmir və sırf psixoloji problemdir:

"Meyllərin dəyişməsi beyin qabığında gedən proseslərdir. Yəni bu insanların psixologiyasından asılıdır. Buna sayrışan hallar nevrozu deyilir. Sayrışan hallar nevrozu olan xəstələrdə seksual meyllilik dəyişir. Bu ginekolji problem deyil. Bu tip xəstələr həddən artıq ya aqressiv olurlar, ya da üzlərində bədbəxtlik ifadə olunur. Görürük ki, onlar bərk danışırlar, amma daxildən iradələri zəif insanlardır. Burada xarakterdən başqa bir faktor da var. Hər bir insanın daxilində heyvan xüsusiyyətləri var. Bunların hamısı psixoloji faktorlara aiddir. Bizə müraciət edən xəstələr arasında normal yaşayışı, işi, ailəsi və hər bir şəraiti olan xəstələr var, amma cinsi meylilik dəyişib. Və bunu açıqlamadan qorxurlar ki, kimlərsə ona tərbiyəsiz deyəcək. Bu səbəbdən belə xəstələr müalicədən kənar qalırlar. Bu cür xəstələrə psixoloji yardım edilməlidir. Əslində, bu xəstələrin meylliliyi bioloji tələbata görə dəyişmir, bu səbəbdən onlara yalnız və yalnız psixoloji yardım lazımdır".
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Validə Abbasova problemin uşaq dövründə ikən həllinin asan olduğunu bildirdi:

"Uşaqların 6-16 yaş dövrlərində təcavüz, natamam ailələrdə alınmış travmalar nəticəsində uşaqlarda arientasiya pozğunluğu yarana bilər. Uşaqların psixo-seksual inkişaf mərhələsində həzz alma duyğularının (oğlan oğlanla, qız qızla) yalnış istiqamət tapması gələcək də problemə çevrilir. Bir də təcavüz olan ailələrdə qız görür ki, ata ananı döyür, bu zaman qızda özünü müdafiəetmə xüsusiyyəti yaranır, düşünür ki, mən oğlan olsam, mənə heç kəs toxuna bilməz, vura bilməz. Buna görə də, ilkin olaraq, valideynlər uşaqlarını maarifləndirməli və qorumalıdır. Əgər valideyn gələcəkdə uşaqla bacarmırsa, mütləq psixoloqa müraciət etməlidir. Valideynin nəzarəti, tərbiyə metodu dünzgün olmalıdır. Bu gün görürük ki, homoseksualların sayı artıb. Bunun başlıca səbəbləri də uşaqlıq dövründə ikən alınan travmalar, natamam sevgi, yalnış davranışlardır. Uşaqlıq dövründə bunu ciddi problem kimi həll etmək lazımdır, çünki yeniyetməlik dövründə şəxsiyyət formalaşır və artıq yalnış meyllər oturuşur. Buna səbəbdən psixoloji yardım önəmlidir. Bizə çox sayda bu cür insanlar müraciət edir və onların arasında kişi cinsin nümayəndəsi daha çoxdur. Müasir dövrdə bu problem daha da dərinləşir".