Xəbər lenti

Hulusi Akar: "Türk ordusu Azərbaycanda dost və qardaşlarımızın haqqını qoruyur"
Siyasət14:54 05.04.2021

Hulusi Akar: "Türk ordusu Azərbaycanda dost və qardaşlarımızın haqqını qoruyur"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə Silahlı Qüvvələri Suriya, İraq, Kipr, Azərbaycan, Liviya, Aralıq dənizinin şərqi və başqa coğrafiyalarda, ölkədə və sərhəd xaricində hüquqlarımızı, əlaqələrimizi, maraqlarımızı qorumaq, regional və qlobal sülhü, sabitliyi, dost və qardaşlarımızın da haqqını, hüququnu qorumaq üçün böyük fədakarlıq və qəhrəmanlıqla apardığı mübarizəni davam etdirir”.
"Report” "Hurriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Təqaüdçü Zabitlər Dərnəyi və Türkiyə Təqaüdçü Çavuşlar Dərnəyinin başçılarını, İdarət Heyətinin üzvlərini qəbul edərkən bildirib.
Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri Qazi Mustafa Kamal Atatürkün dediyi kimi, ağıl və elm işığında, Konstitusiya çərçivəsində, qanunlara və Prezidentin direktivlərinə uyğun olaraq, türk millətinin əmrindədir: "Buna heç kim şübhə etməsin”.