Xəbər lenti

Humanitar atəşkəsə hərbi ekspert baxışı: “Bizim də əsirlər olsaydı...”
Siyasət08:40 10.10.2020

Humanitar atəşkəsə hərbi ekspert baxışı: “Bizim də əsirlər olsaydı...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Meyitlər, hərbi əsirlər dəyişdiriləndən sonra onlar Azərbayacana guya güc göstərmək üçün nəsə etməyə çalışacaqlar".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərli Azərbaycan və Ermənistan arasında humanitar məqsədlərlə atəşkəsin imzalanması ilə bağlı qərarı şərh edərkən deyib. Onun fikrincə, hazırda imzalanan sənədlə bağlı Azərbaycan rəsmiləri müəyyən məlumatlar verəcəklər:

"Bu gün Azərbaycan Xarici İşlər Nazirliyi də rəsmi olaraq bildirdi ki, atəşkəs humanitar məqsədlər üçün elan olunub. Humanitar məqsəd ondan ibarətdir ki, döyüş meydanında qalan cəsədlərin verilməsi. Saat 12:00-dan həmin atəşkəs elan olunur ki, Qırmızı Xac Komitəsi həmin o meyitlərin, hərbi əsirlərin dəyişilməsində vasitəçilik edir. Azərbaycan tərəfindən əsirlərin olub-olmaması ilə bağlı məlumat yoxdur. Əgər belə bir sey olsa, ermənilər göstərərdilər, deyərdilər. Amma ermənilərinn xeyli hərbi əsirləri var".

Üzeyir Cəfərli bildirib ki, elan olunan atəşkəslə bağlı ruhdan düşməyə dəyməz:

"Atəşkəsin konkret detalları haqqında məsələlər hələ razılaşdırılacaq. Yeganə narahatedici məqam ATƏT-in yenidən məsələyə müdaxiləsidir. Amma Azərbaycan əvvəlki olmayacaq, onlara o şansı tanımayacaq ki, onlar nəyisə öz bildiyi kimi etsinlər, nəyisə uzatsınlar. Ordu hazır vəziyyətdədir. Əgər Ermənistan tərəfi saat 12:00-dan sonra baza prinsiplərinə əməl etməyə başlamalıdır - rayonların boşaldılması, əvvəl 5 rayon, sonra 2 rayonun boşaldılması, insanların ora köçməsi, sonra isə Dağlıq Qarabağla bağlı məsələlərin həlli... Hesab edirəm ki, 6 punktdan ibarət olan bu sənəd Azərbaycana yenə də həmin imkanları tanıyır".

Üzeyir Cəfərli hesab edib ki, Ermənistan darmadığın olmuş ordunu bərpa etməyə çalışacaq:

"Ən azından meyitlər və hərbi əsirlər dəyişdiriləndən sonra onlar Azərbayacana güc göstərmək üçün nəsə etməyə çalışacaqlar. Gəlin gözləyək, görək rəsmilərin mövqeyi nədən ibarət olacaq. Şəxsən mən o qədər də narahatedici bir məqam görmürəm. Qərarı elə verəcəyik ki, işğal altında olan torpaqlar tezliklə azad olunsun".

Qeyd edək ki, Moskvada Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin üçtərəfli görüşü keçirilib. Görüşdə Azərbaycan və Ermənistan arasında bu gündən humanitar məqsədlərlə atəşkəs elan olunur.

Bahar Rüstəmli