Yelo Bank biznes müştərilərinə daha çox
rahatlıq gətirən yeni xidmətini istifadəyə verdi. Artıq hüquqi şəxslər banka gəlmədən
tam rəqəmsal və təhlükəsiz formada İnternet Bankçılıq platforması üzərindən
pulsuz biznes hesabı aça bilirlər.
Bu yenilik rəqəmsal biznes mühitinin sürətlə artdığı bir dövrdə şirkətlər
üçün vaxt və rahatlıq qazandırır. Sadə interfeys və intuitiv addımlar prosesi
daha da rahat edir.
Belə ki, müştəri İnternet Bankçılıq səhifəsinə daxil olaraq "Qeydiyyatdan
keç” düyməsini seçir. Hesab açılışı üçün sorğunu doldurub, valyuta seçir.
Hüquqi şəxsə aid məlumatlar sistem tərəfindən avtomatik əlavə olunur, bu da
müştəriyə əlavə vaxt qazandırır. Sənədlər formalaşdırılır və ASAN İmza ilə
imzalanır. Müştəri istəyə bağlı olaraq sənədlərini şəxsi e-mail ünvanına göndərə
bilər. Daha sonra SİMA-nın videozəng həlli vasitəsilə məsafədən şəxsin
identifikasiyası aparılır. Uğurlu identifikasiyadan sonra biznes hesabı həmin
gün aktivləşir. Qeyd edək ki, xidmət hazırda yalnız yeni müştərilər üçün iş
günləri saat 09:00–17:00 arası aktivdir.
Biznes hesabı aktivləşən kimi müştəri İnternet Bankçılıq xidmətində istənilən
əməliyyatı gerçəkləşdirə bilər. Qeyd edək ki, Yelo İnternet Bankçılığın
imkanları bununla bitmir. Müştəri həm kompyuterdə, həm də mobil telefonda
İnternet Bankçılıq xidmətini eyni rahatlıqla istifadə edə bilər. Hesab üzrə əməliyyatlar,
əməkhaqqı ödənişləri, ölkədaxili və xarici köçürmələr, kredit sifarişi,
konvertasiya və digər zəruri bank əməliyyatlarının hamısı bir neçə kliklə həyata
keçirilir.
Yelo Bank ilə biznes hesabı açmaq indi sadə, etibarlı və rahatdır. Xidmətdən
istifadə üçün: https://ylb.az/ibank.
Biznes
krediti şərtləri ilə maraqlanırsınız?O zaman 981 nömrəsinə zəng edin və
ya Facebook, Instagram, Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq
bankçılıq!
Şərhlər