Xəbər lenti

Hüseyn Abdullayev seçki ilə bağlı çağırış etdi
Siyasət08:27 21.09.2013

Hüseyn Abdullayev seçki ilə bağlı çağırış etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hazırda siyasi mühacir həyatı yaşayan keçmiş deputat Hüseyn Abdullayev qarşıdan gələn prezident seçkilərilə bağlı Azərbaycan xalqına müraciət edib.

Sabiq millət vəkili “Azadlıq” qəzetinə göndərdiyi müraciətində bu seçkilərin ölkəmiz üçün taleyüklü olduğunu bildirir, seçiciləri fəal olmağa və Milli Şuranın namizədi Cəmil Həsənlini müdafiə etməyə çağırır. Hüseyn Abdullayev müraciətində yazır: “Bizlər qətiyyən imkan verməməliyik ki, bu gün ölkəmizdə hökm sürən dərəbəylik, qanunsuzluq, cəzasızlıq davam etsin.

Xalqımızı, bu seçkilərə biganə qalmayacağına ümüd edib, namizədlər arasında layiqli, daha çox Azərbaycan xalqının mövqeyindən çıxış edən və ürəyi daima türkçülük, milli kimlik eşqiylə döyünən görkəmli ziyalımız Cəmil Həsənliyə dəstək olmağa çağırıram.

Bununla yanaşı, özünə və xalqına hörmət edən hər bir Azərbaycan övladı anlamalıdır ki, ölkəmizin bu çətin tarixi günlərində Cəmil Həsənliyə qarşı yönəlmiş çirkin kampaniyaya etiraz etmək vacibdir. Hamınızı 9 oktyabr prezident seçkilərində ümummilli mənafeyimizi nəzərə alaraq, görkəmli alim, ziyalı, heç bir korrupsiyaya bulaşmamış, vətənpərvər bir insan olan Cəmil Həsənliyə səs verməyə çağırıram. Tanrı millətimizi qorusun!" Tanrı Azərbaycanımızı qorusun!”.

Qaynar.info