Xəbər lenti

Hüseyn Dəryanın arxivi açılır
Maqazin10:09 02.03.2016

Hüseyn Dəryanın arxivi açılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Yarımçıq qalan işlərini tamamlamaq istəyirəm..."

Mərhum reper Hüseyn Dəryanın meyxanaçı Namiq Qaraçuxurlu ilə virtual dueti hazırlana bilər.

Milli.Az primetime.az-a istinadən bildirir ki, bu barədə Hüseyn Dəryanın keçmiş həyat yoldaşı Sona İbadova məlumat verib.  O bildirib ki, sənətçilərin ifa edəcəyi duetin mətni Hüseynin arxivində yer alıb: "Hüseynin yarımçıq qalan işlərini tamamlamaq istəyirəm. Onun sağlığında Namiqlə duet oxumaq fikri var idi və bu dueti yeni albomuna daxil edəcəkdi. Hazırda isə virtual duet hazırlanacaq: rep-meyxana. Duetdə Hüseynin yazdığı və bu günədək heç yerdə yayımlanmayan yeni materiallarından istifadə olunmasını düşünürəm". S.İbadova onu da qeyd edib ki, mahnının şən, ritmik üslubda ərsəyə gəlməsini planlaşdırır: "Onların duetinə klip çəkdirib, geniş şəkildə təqdimat keçirmək fikrim də var".

Qaynar.info