Xəbər lenti

İbrahim Kalın Baydenin müsaviri ilə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdi
Siyasət18:31 02.10.2022

İbrahim Kalın Baydenin müsaviri ilə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın və ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan İstanbulda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsini müzakirə ediblər.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti xəbər verib.
"Onlar, həmçinin regional təhlükəsizlik məsələləri, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına dəstək, Şərqi Aralıq dənizində hər hansı fikir ayrılığının həlli üçün dialoq və diplomatiyanın vacibliyi, Finlandiya və İsveçin NATO-ya üzvlük istiqamətində irəliləyişi müzakirə ediblər", - deyə bildirilib.