Xəbər lenti

İbrahim Rəisi: “Azərbaycanla Ermənistan arasındakı məsələlərin sülh yoluyla həllinə ümid edirik”
Siyasət17:43 03.01.2022

İbrahim Rəisi: “Azərbaycanla Ermənistan arasındakı məsələlərin sülh yoluyla həllinə ümid edirik”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran Prezidenti İbrahim Rəisi ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Söhbət zamanı ikitərəfli münasibətlərlə yanaşı, regional gündəm, o cümlədən də Azərbaycanla Ermənistan arasındakı münasibətlər və sülh danışıqları ətrafında fikir mübadiləsi aparılıb.
İranın dövlət başçısı Azərbaycanla Ermənistan arasında məsələlərin beynəlxalq prinsiplər və hüquq çərçivəsində sülh yolu ilə həll olunacağına ümid etdiklərini bildirib. O, regionda sülhün, sabitliyin və təhlükəsizliyin şahidi olmaq istədiklərini qeyd edib.