28 iyun 1993-cü ildə Binqədi rayonunda ziyalı ailəsində anadan olmuşdur. Beşikdən dünyaya boylandığı isti yuva isə Binəqədi rayonu 6-cı mikrorayon 1410-cu keçid, ev 6, mənzil 306 ünvanı olub. Ailənin sonbeşiyi olan İbrahim doğulduğu gündən qədəmləri ilə ailəyə sevinc, gülüş, bərəkət gətirib. Uşaqlıq illərindən həmişə ağlı, dərrakəsi ilə seçilən balaca İbrahim "özü balaca olsa da, düşüncəsi həmişə böyük olub". 1999-cu ildə Nəsimi rayonu 292 saylı orta məktəbin (hazırki 5 nömrəli məktəb) 1-ci sinfinə daxil olmuş, 2007-ci ildən təhsilini Bakı şəhər 6 saylı Peşə Liseyində davam etdirmiş və 2010-cu ildə həmin Peşə Liseyinin məzunu olmuşdur. Məktəbdə oxuduğu müddətdə yoldaşları arasında öz fitri bilik və bacarığı ilə fərqlənmişdir. İdmanın sərbəst güləşnövü ilə məşğul olmuş və dəfələrlə respublika üzrə təşkil olunmuş turnirlərdə yüksək nəticələr əldə etməklə birincilik qazanmışdır.
2011-ci ildə Binəqədi rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağrılmış, Salyan rayonundakı N saylı hərbi hissədə həqiqi hərbi xidmət borcunu yerinə yetirmiş və 2013-cü ildə hərbi xidmətdən təxris olmuşdur.
2013-cü ildən 2015-ci ilə qədər müxtəlif peşə sahələrində çalışmış və 2015-ci ildə yenidən ordu sıralarında hərbi xidmətini davam etdirmək üçün sənədlərini Binəqədi rayon Hərbi Komissarlığına təqdim etmişdir. 2016-cı ildən ordu sıralarında XTQ kursunu keçməklə gizir snayperçi kimi xidməti vəzifəfəyə qəbul olunmuşdur. Xidməti vəzifə borcunu yerinə yetirdiyi müddətdə döyüş tapşırıqlarının icrasında, nizam-intizamında və xidməti fəaliyyətində daim yüksək peşəkarlıq göstərdiyinə görə Hərbi hissə komandanlığı, XTQ komandanlığı və Müdafiə Nazirliyi rəhbərliyi tərəfindən Fəxri Fərman və diplomlarla təltif olunmuşdur.
2018-ci ilin 26 iyun Silahlı Qüvvələr günü cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə Müdafiə Naziri cənab general-polkovnik Zakir Həsənov tərəfindən "Ordunun yaranmasının 100 illik yubiley medalı" ilə təltif olunub. Nizam- intizamlılığına və yüksək döyüş bacarığı nümayiş etdirdiyinə görə 2018-ci ilin sentyabr ayında Müdafiə Nazirliyi tərəfindən dövlət xətti ilə Çin Xalq Respublikasında beynəlxalq snayper kursuna göndərilmişidir.
Kursda yadda qalan və qürurverici epizodlardan biri: İbrahim təkbaşına bacarığı və peşəkarlığı ilə 3 erməni hərbiçisini neytrallaşdıra bilməsi olmuşdur. Hansıki, 50 ölkədən olan şəxsi heyətə sonradan özü komanda verə biləcək səviyyədə təmsil olunmuşdur.
Akademiyada kurs keçən zaman Azərbaycan bayrağının rənginin solğun olduğunu görüb hərbi attaşemizə və beynəlxalq akademiyanın komandanlığına raportla müraciət edərək bay- rağımızın yenisi ilə dəyişdirilməsinə nail olub, həmin gün 2018- ci ilin noyabrın 8-i idi.. Hansı ki, 2018-ci ilin noyabrın 8 tarixi sonradan bizim ZƏFƏR GÜNÜMÜZ (2020-ci il 8 noyabr) kimi qeyd olunur. 2019-cu ilin fevral ayında kursu komanda və fərdi yarışda 50 ölkə arasında birinciliklə bitirməyə müvəffəq olaraq bayrağımızı dalğalandırmağı bacarmışdır.
İbrahim Sadıqlı əldə etdiyi bilikləri Vətənə qayıtdıqdan sonra XTQ hərbi hissələrində məşğələlər, dərslər keçməklə həmkarları ilə bölüşürdü. 2020-ci ilin sentyabrın 27-də başlayan 2-ci Qarabağ müharibəsi zamanı ilk əmr verilən gündən döyüşə atılmış Murovdağ, Kəlbəcər, Ağdərə, Cəbrayıl və Füzuli uğrunda gedən döyüşlərdə fəal iştirak edərək düşmənin 60-a yaxın zabit, Əsgər heyətinin məhv edilməsində müstəsna rolu olmuşdur. Döyüşlər zamanı 1 zabit olmaqla, 2 yaralı əsgər yoldaşını döyüş meydanından çıxarmağa müvəffəq olmuşdur.
Döyüşçü yoldaşlarının dediklərinə görə İbrahim Sadiqi snayperçi olmasına baxmayaraq çox vaxt açıq döyüşlərə girərək hər dəfə məhv etdiyi düşmənə - "son nəfəsimə kimi sizdən Xocalının intiqamını alacağam" deyirmiş.
Cəbrayıl rayonu istiqamətində gedən döyüşlər zamanı ayıq, sayıqlığı sayəsində adsız yüksəkliklərdə video çəkiliş aparan, düşmənə kordinat göndərən şəxsi yaxalayaraq aidiyyəti üzrə təhvil verməklə, Cəbrayıl rayonu istiqamətində başlamalı olan hücum planının pozulmasına imkan verməyib. Bu məsələdən sonra döyüş yoldaşına gülümsəyərək - "Bunun medalı mənə aiddi ha, bilirsən də, yəqin" demişdir.
İbrahim Sadıqlı 2020-ci ilin oktyabrın 3-də Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə qovuşmuşdur. Ölümündən sonra 09.12.2020-ci il tarixdə "Qarabağ" ordeni, 15.12.2020-ci il tarixdə "Vətən uğrunda", 24.12.2020-ci il tarixdə "Cəbrayılın azad olunması", 25.12.2020-ci il tarixdə "Füzulinin azad olunması" və "Kəlbəcərin azad olunmasu" medalları ilə təltif olunmuşdur.
Qardaşı Vüqar: - Atam İbrahimi evləndirmək istədikdə onun cavabı belə olmuşdu: "İnşallah Qarabağ işğaldan azad olunsun sonra ailə həyatı quracam".
İbrahimin döyüş yoldaşlarına dediyi son sözü, istəyi - "Mən şəhid olsam, elə edin ki, məni bütün Azərbaycan (dünya) tanısın" deməsi olmuşdur.
Vətən müharibəsinin başladığı ilk gündən son gününədək misilsiz şücaət və qəhrəmanlıqlar nümayiş etdirən İbrahim Sadıqlı 2020-ci ilin oktyabr ayının 4-də II Fəxri Xiyabanda Milli Qəhrəman Polad Həşimovla bir cərgədə dəfn olunmuşdur.