Xəbər lenti

İbrahimbəyov Leyla Yunusun saxlanmasına etiraz etdi
Siyasət09:20 29.04.2014

İbrahimbəyov Leyla Yunusun saxlanmasına etiraz etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Bu səhnələr dünyanın istənilən yerindən baxıldıqda nifrət yaradır”

Milli Şuranın fəxri sədri, Ziyalılar Forumunun rəhbəri, nüfuzlu kinodramaturq Rüstəm İbrahimbəyov hüquq müdafiəçisi Leyla Yunusun həyat yoldaşı ilə birlikdə saxlanılaraq istintaqa cəlb olunmasına münasibət bildirib. O, “deyerler.org”un sorğusuna cavab olaraq deyib ki, baş verənlər dəhşətli hadisələrdir.

“Azərbaycan avtoritarizmdən totalitarizmə keçir. Hökumət, iqtidar cəmiyyəti məhv edir.  Hakimiyyət ölkədə az da olsa, qalan ictimai rəyi məhv etməyi qarşısına məqsəd qoyub. Leyla Yunus və Arif Yunus ən dəyərli, ən hörmətli ziyalılardandır. Neçə illərdir biz onların fəaliyyətlərini izləyirik.  Leyla Yunus Azərbaycanda vətəndaş hüquqlarının müdafiəsi sahəsində liderdir. Onları belə vəziyyətə salmaq açıq-aşkar cinayətdir. Bu səhnələr dünyanın istənilən yerindən baxıldıqda həyacan və nifrət yaradır”, - deyə İbrahimbəyov bildirib.

Qaynar.info