Xəbər lenti

“İbrahimbəyov Rusiyanı Azərbaycandan daha çox sevir” - QABİL HÜSEYNLİ
Siyasət09:15 14.08.2013

“İbrahimbəyov Rusiyanı Azərbaycandan daha çox sevir” - QABİL HÜSEYNLİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qabil Hüseynli: “Azərbaycan Həm Gömrük İttifaqında, həm də Avrasiya ittifaqında müşahidəçi kimi iştirak edə bilər”

“Rusiya prezidentinin səfəri çoxlarını həm heyrətləndirdi, həm də düşünməyə vadar etdi. Heyrətləndirdi ona görə ki, səfərdə bir çox prinsipial məqamlarda kompromislərin tapılmasının çətin olduğunu düşünürdülər. Amma bu baş vermədi. Eyni zamanda Putin özünü kifayət qədər Azərbaycana dost kimi göstərməyə çalışırdı. Öz davranışları ilə buna nail oldu”.

Bunu Qaynar.info-ya politoloq Qabil Hüseynli Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərini şərh edərkən deyib. Onun fikrincə, Putin Azərbaycan hakimiyyəti ilə əməkdaşlıq etmək niyyətindədir: “Bunun üçün də atılan addımlar, imzalanan sənədlər fundament rolunu oynaya bilər. Bu isə o deməkdir ki, Azərbaycanda seçkilər öz qaydasında keçiriləcək. Azərbaycan Rusiya ilə birgə addımlamaq haqqında qərar verdi. Bu münasibətlərin dönüş nöqtəsi də adlandırıla bilər. Bundan sonra Rusiya ilə Azərbaycanın strateji əməkdaşlıq xəttinin bünövrəsi qoyuldu. Bünövrə kifayət qədər möhkəmdir”.

Politoloqun sözlərinə görə, hələki Azərbaycanın Avrasiya İttifaqına qoşulmaq fikri yoxdur: “ Bildiyimə görə,  Azərbaycan Həm Gömrük İttifaqında, həm də Avrasiya ittifaqında müşahidəçi kimi iştirak edə bilər. Bu, Rusiyanın həm Qarabağ probleminin, həm də Azərbaycanla ikili əməkdaşlıqda göstərəcəyi münasibətlərə bağlı olacaq. Rusiya Azərbaycana silah satışına embarqonu götürdü. Rusiya gələcəkdə ermənipərəst mövqeyi dəyişə bilərsə, Azərbaycanın ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirəcəksə, Azərbaycanda buna cavab olaraq münasib addım ata bilər. Bu məsələlərdə birinci addımı Rusiya atmalıdır”.

Q.Hüseynli “Putinin səfərindən sonra Rüstəm İbrahimbəyovun pasport məsələsində hansı addım atılacaq” sualına da cavab verib: “Rüstəm İbrahimbəyovun pasport məsələsi həll edilsə, nə olacaq?! İbrahimbəyov siyasətçi olmadığını söyləsə də, kifayət qədər siyasi münasibətlərdən anlayışı olan adamdır. Özünü qorumaq instinkti də kifayət qədər inkişaf edib. Başa düşəcək ki, Rusiya vətəndaşlığında imtina etməyin mənası yoxdur. Güman edirəm ki, o, Rusiya vətəndaşlığını itirməyə çalışmayacaq. O, Rusiyanı Azərbaycandan daha çox sevir, orada evi-eşiyi var. Bu mənada vətən kimi qəbul etdiyi bir ölkənin vətəndaşlığını niyə itirsinki?!”.

İlkin
Qaynar.info