Xəbər lenti

İcazə portalına 188 taksi sürücüsü haqda məlumat yerləşdirildi
Ekonomiks17:41 05.04.2020

İcazə portalına 188 taksi sürücüsü haqda məlumat yerləşdirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Taksi fəaliyyəti göstərmək üçün mart ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən müraciətləri əsasında "Fərqlənmə nişanı" əldə edən şəxslər barədə məlumatların "icaze.e-gov.az" portalına daxil edilməsi üzrə işlər davam edir.
Qaynarinfo xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib:
"Artıq bu saata qədər Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən taksi xidməti göstərən 188 nəfər barədə məlumat portala yerləşdirilib. Sizə təhlükəsiz səfər arzu edirik! Proses davam edir. Tək tələbimiz sərnişinləri təhlükəsiz və qaydalara əməl edərək daşımağınızdır!".