Xəbər lenti

İcbari Tibbi Sığortadan həkimlərin maaşlarının verilməməsi ilə bağlı iddiaya cavab
Ekonomiks 15:08 13.02.2025

İcbari Tibbi Sığortadan həkimlərin maaşlarının verilməməsi ilə bağlı iddiaya cavab

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tabeliyində olan dövlət tibb müəssisələrində çalışan həkimlərin əmək haqqlarının verilməməsi ilə bağlı məsələyə aydınlıq gətirib. 

Dövlət Agentliyinən Qaynarinfo-nun sorğusuna cavab olaraq bildirib ki, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində çalışan səhiyyə işçilərinə yanvar ayı ərzində aylıq vəzifə maaşı və aylıq sabit həvəsləndirici əlavələr verilib:

"Ekspertiza planına əsasən, son reyestrlər tamamlandıqdan sonra işin nəticəsinə görə həkimlərə verilən həvəsləndirici əlavələr (bonuslar) ödəniləcək".

Qeyd edək ki, həkim-radioloq Aydın Əliyev sosial şəbəkə hesabında dövlət tibb müsəssisələrində çalışan həkimlərin əmək haqlarının verilməməsinə ilə bağlı məlumat yayıb:

"Fevral ayının yarısına az qalmasına baxmayaraq əksər dövlət tibb müəssisələrində yanvar ayının maaşları və bonusları hələ də verilməyib. Tibb işçilərinin qəpik-quruşunu verin, onları incitməyin".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->