"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri vəzifəsindən ayrılıb.
Qanarinfo-nun əldə etdiyi məlumata görə, sözügedən şöbənin müdiri Elvin Hüseynzadə öz istəyi ilə vəzifəsindən azad olunub.
Qeyd edək ki, Elvin Hüseynzadə 2022-2025-ci illərdə İdarənin Protokol sektorunun müdiri vəzifəsində çalışıb. Ötən ilin oktyabr ayından isə İdarənin İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri təyin edilmişdi.
Aydın