Xəbər lenti

İcra başçısından idarə müdirinə hədiyyə- Avtomobil
Ölkə17:09 16.10.2014

İcra başçısından idarə müdirinə hədiyyə- Avtomobil

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev maşın açarını idarə müdirinə tədbirlərin birində təqdim edib. 
Yerli sakinlərin sözlərinə görə, “Niva” markalı avtomobil rayon kommunal təsərrüfat idarəsinin müdiri Natiq Süleymanova verilib. 
İcra başçının bu hədiyyəsi rayonda böyük səs-küyə səbəb olub. 
Təzə maşın müdirin şəxsi mülkiyyəti kimi qeydiyyata alınıb. 
Hədiyyəyə səbəb müdirin işinin öhdəsindən layiqincə gəlməyi göstərilib.
“Qafqazinfo”