Xəbər lenti

İcra başçısının köməkçisi işdən çıxarıldı
Ölkə08:13 27.09.2017

İcra başçısının köməkçisi işdən çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Laçın Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub.

"Qaynarinfo" report-a istinadən xəbər verir ki, RİH aparatının baş məsləhətçisi, icra başçısının köməkçisi Məhəmməd Şirin oğlu Şahbazov vəzifəsindən azad edilib.

Həmin vəzifəyə Elşən Vəliqulu oğlu Quliyev təyin edilib. E.Quluyev yeni təyinata qədər RİH-də ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi vəzifəsində çalışıb.

Qeyd edək ki, M.Şahbazov 2016-cı ildən bu vəzifəni icra edirdi.

Qaynarinfo.Az