
Beyləqan rayonunda Qarabağ, Əfqanıstan və Çernobıl əlilləri, həmçinin şəhid ailələri üçün 5 mərtəbəli bina tikilir.
60 mənzilli binanın seçki kampaniyası çərçivəsində prezident İlham Əliyevin Beyləqana səfəri zamanı sakinlərə veriləcəyi gözlənilir.
Məlumatına görə, Beyləqan İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanov bir neçə aydan sonra istifadəyə veriləcək binadan mənzil alacaq əlilləri yanına dəvət edərək onların hər birindən 5000 manat tələb edib. İcra başçısına 5000 manat verən əlil şəxslərin adı siyahıya salınıb. Bildirilir ki, bu pulu verməyən əlillərin adı siyahıya salınmayacaq və elə bu üzdən də Beyləqanda ciddi narazılıq yaranıb.
Əlillərin Prezident Adminstrasiyasına müraciət edəcəyi gözlənilir.
Qeyd edək ki, məsələ ilə bağlı Telman Məstanovun mövqeyini öyrənməyə cəhd etsək də, cəhdimiz uğursuz alındı./pia.az/