Xəbər lenti

İctimai fəallar ABŞ səfirini Kürdəxanıya dəvət etdilər - FOTO
Siyasət13:25 11.02.2015

İctimai fəallar ABŞ səfirini Kürdəxanıya dəvət etdilər - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Amerika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunmuş səfiri Robert Sekuta fevralın 12-də işinə başlayacaq.

Qaynar.info xəbər verir ki, o bu barədə video müraciət də ünvanlayıb. Video müraciətdə diplomat Azərbaycan-ABŞ əlaqələrin barəsəində danışıb. Səfir kimi faəliyyətə başlayacağından qürur hiss duyduğunu bildirib.

Diplomat həmçinin Azərbaycan vətəndaşlarından ilk olaraq hara getməli olduqlarını da soruşub: "Həyat yoldaşım Ann mənimlə birlikdə Azərbaycana gələcək. “Şahplov”un dadına baxmağı, sizin zəngin tarix və mədəniyyətinizlə tanış olmağı səbirsizliklə gözləyirik. Sizcə, biz ilk olaraq hara səfər edək - Beşbarmaq, Yanardağ, yoxsa Qobustana? Səfirliyimizin “Facebook” səhifəsində öz fikirlərinizi bölüşün. Orada həmçinin ABŞ-Azərbaycan əlaqələrinin zənginləşdirilməsi yolları barədə də fikir mübadiləsi apara bilərik”.

Bu müraciət ABŞ-ın Azərbaycandakı səfirliyinin "facebook" səhifəsində də yayımlanıb. 

Azərbaycanlı siyasi-ictimai fəallar isə səfirinin Beşbarmağa, Yanardağa, Qobustana deyil, Kürdəxanı həbsxanasına getməli olduğunu bildiriblər. 

Onlar bununla gələcək səfirin ölkədə və xaricdə olan beynəlxaq insan haqqları təşkilatlarının siyasi məhbus adı verdikləri insanlara diqqət çəkməli olduqlarını vurğulayıblar. 

Qaynar.info