Xəbər lenti

İctimai Palata Cəmil Həsənlinin təbliğat kampaniyasında iştirak edəcək?
Siyasət08:55 10.09.2013

İctimai Palata Cəmil Həsənlinin təbliğat kampaniyasında iştirak edəcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“İctimai Palatanın əksər üzvləri Milli Şuranın tərkibindədir.
Ona görə də İctimai Palatanın fəaliyyəti xeyli səngiyib”. Bunu Modern.az saytına açıqlamasında İP Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal deyib. O,  İP-nin Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin seçki kampaniyasında iştirakına münasibət bildirərkən qeyd edib ki, bu istiqamətdə işlər aparacaqlar.

“Koordinasiya Şurasının 17 üzvündən 14-ü Milli Şurada təmsil olunur. Bu baxımdan İctimai Palata ayrıca bir qurum kimi təbliğat-təşviqat kampaniyasında iştirak etməyəcək”-deyən təşkilat  rəsmisi əlavə edib ki, İP Milli Şura tərkibində C. Həsənlinin seçki kompaniyasına qatılacaq.

Qeyd edək ki, Milli Şura yaranandan sonra müxalifətin digər aparıcı qurumlarından olan İP-nin taleyi haqqında bədbin proqnozlar verilir.

Qaynar.info