Xəbər lenti

İctimai Palata ləğv olundu
Siyasət12:43 04.03.2014

İctimai Palata ləğv olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün İctimai Palatanın (İP) Koordinasiya Şurasının toplantısı keçirilib.

İP KŞ üzvü Zəfər Quliyevin APA-ya verdiyi məlumata görə, toplantıda İP-in fəaliyyəti ilə bağlı müzakirələr aparılıb və qurumun fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul olunub: “İclasda İctimai Palatanın fəaliyyəti dəyərləndirildi. Qurumun fəaliyyətinin dayandırılması ilə bağlı ümumi razılığa gəlindi. Bunun səbəbləri ilə bağlı mətbuatda yekun sənəd yayılacaq”.

Hazırda toplantı davam edir.

Qaynar.info