Xəbər lenti

“İctimai Palata Milli Şuraya əngəl ola bilməz” -AÇIQLAMA
Siyasət08:13 06.08.2013

“İctimai Palata Milli Şuraya əngəl ola bilməz” -AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vidadi Mirkamal: “İctimai Palatanın bir çox üzvləri Milli Şurada təmsil olunur”

İctimai Palatanın Koordinasiya Şurasının bir qrup üzvü təşəbbüslə çıxış edib. Xalq Partiyasının sədri Pənah Hüseynin də daxil olduğu həmin qrup İP KŞ-nin dönəm sədri İsa Qəmbərdən tələb edirlər ki, qurumun təcili iclası çağırılsın. Təşəbbüsçülər Milli Şura formatında baş verən son hadisələrdən və bütövlükdə qarşıdakı prezident seçkilərinin taleyindən dərin narahatlıq keçirir. Onlar hesab edirlər ki, Milli Şuranın qurulmasında iştirak edən siyasi liderlərin ciddi yanlışlığı nəticəsində demokratik düşərgənin maraqları zərbə altına düşmüşdür. Bu səbəbdən  də uzun müddətdir yığışmayan İP KŞ-nin, daha sonra isə qurumun sessiyasının çağırılması zərurəti yaranıb.

Məsələyə münasibət bildirən İctimai Palatanın Koordinasiya Şurasının (İPKŞ) üzvü Vidadi Mirkamal Qaynar.info-ya deyib ki, İctimai Palatanın sessiyasının vaxtı çatıb: “Növbəti sessiyanın keçirilməsi üçün danışıqlar gedir. Sabah Koordinasiya Şurasının iclası keçiriləcək. Həmin iclas zamanı bir neçə məsələ müzakirə ediləcək. Həmin məsələlərdən biri də İP-in sessiyasının keçirilməsi ilə bağlı olacaq. Bunun üçün ayrıca müraciət lazım deyilki. Onların Milli Şura ilə bağlı narahatlıqlarını özlərindən soruşmaq lazımdır”.

V.Mirkamal qeyd edib ki, İctimai Palatanın sessiyasının keçirilməsi Milli Şuranın işinə əngəl törədə bilməz: “İctimai Palatanın bir çox üzvləri Milli Şurada təmsil olunur. Ona görə də narahatlığa əsas yoxdur”.

İlkin
Qaynar.info