Xəbər lenti

İctimai Palatanın fəaliyyətinə xitam verilmədi
Siyasət13:14 23.10.2013

İctimai Palatanın fəaliyyətinə xitam verilmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Oktyabrın 23-də İctimai Palatanın Koordinasiya Şurasının toplantısı olub. 

Koordinasiya Şurasının dönəm sədri İsa Qəmbərin “Yeni Müsavat”a verdiyi məlumata görə, toplantıda seçkisonrası vəziyyət dəyərləndirilib, seçkilərin total şəkildə saxtalaşdırılması haqqında Cəmil Həsənlinin seçki qərargahının ilkin rəyi dəstəklənib. 

Toplantıda seçkilərin hüquqi cəhətdən yekunlaşsa da siyasi cəhətdən yekunlaşmadığı, saxta seçkilərin ləğv edilib yeni prezident seçkiləri keçirilməsi istiqamətində fəaliyyət göstərilməsinin önəmi vurğulanıb. 

İsa Qəmbər həmçinin məlumat verdi ki, iclasda İctimai Palatanın və bütövlükdə demokratik düşərgənin gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, bir sıra mülahizələr səslənib və müzakirələrin davam etdirilməsi nəzərdə tutulub.

Toplantının gedişi zamanı 27 oktyabrda “Məhsul” stadionunda demokratik qüvvələrin mitinqinə razılıq verilməsi barədə məlumat daxil olub. İsa Qəmbərin dediyinə görə, Koordinasiya Şurası qanunsuzluqlara, saxtakarlıqlara qarşı dinc kütləvi mübarizənin önəmini bir daha vurğulayaraq, bütün qüvvələri 27 oktyabr mitinqində fəal iştiraka çağırıb. 

Qaynar.info