Xəbər lenti

“İctimai Palatanın qabardılması gərginlik yarada bilər”
Siyasət07:54 02.09.2013

“İctimai Palatanın qabardılması gərginlik yarada bilər”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ədalət Yusubov: “KXCP-nin prosesdən kənarda qalması bizə də təsir edir”

“Təbii ki, qərarlar bütün partiya sədrləri ilə məsləhətləşmiş şəkldə qəbul olunsaydı, daha uyğun vəziyyət formalaşardı. Təəssüf edirəm ki, imzaların toplanması ilə bağlı qəbul olunan qərar kimlərinsə, hansısa partiyaların nüfuzuna bu və ya digər formada xələl gətirib”.

Bunu Qaynar.info-ya Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Salyan Rayon təşkilatının sədri, Milli Şuranın üzvü Ədalət Yusubov imzatoplama kampaniyasında iştirak edən partiyalar arasındakı qeyri-bərabərlikdən danışarkən deyib. 

Ə.Yusubov hesab edir ki, KXCP kifayət qədər güclü seçki təcrübəsi olan təşkilatlardan biridir: “Bu partiyanın prosesdən kənarda qalması bizə də təsir edir. KXCP-nin Salyan Rayon Şöbəsi imza kampaniyasında iştirak edir. Artıq, bizə ayrılmış 500 imzanı toplamışıq və bu gün təhvil verəcəyik. İstərdim ki, imzatoplama kampaniyasında KXCP-nin Salyan Rayon Şöbəsi deyil, bütövlükdə partiya iştrirak etsin”.

Ə.Yusubov KXCP sədri Mirmahmud Mirəlioğlunun “AXCP və Müsavat imzatoplama kampaniyasında İctimai Palatanın rolunu qabartmaq istəyirlər” fikrinə də münasibət bildirib: “Hər kəs hansısa məsələyə münasibət bildirməkdə sərbəstdir. Amma doğrudanda, İctimai Palata prezident seçkilərində iştirak etmək istəsəydi, bunu Milli Şurasız da edə bilərdi. Daha güclü format Milli Şura olduğundan, İctimai Palata da bu qurumun yaradılmasında böyük rol oynadı. İndiki halda İctimai Palatanın prezident seçkilərində fəaliyyətinin qabardılması münasibətlərdə gərginlik yarada bilər. Ona görə də bu fikirdən daşınmaq lazımdı”.

İlkin
Qaynar.info