Rusiyanın
Suriyadakı hərbi əməliyyatının başlamasının ildönümündə İdlib deeskalasiya
zonasının sakinləri Rusiya müdaxiləsinə qarşı etiraz aksiyası keçiriblər.
Qaynarinfoxəbər verir ki, bu haqda "Anadolu” agentliyi məlumat yayıb.
Mitinqə
yüzlərlə etirazçı toplaşaraq Rusiya hərbçilərini dinc insanları öldürməkdə
günahlandırıb. Etirazçılardan birinin agentliyə dediyi kimi, Rusiya minlərlə
mülki şəxsin ölümündə və ölkədəki dağıntılarda günahkar sayılır.
"Rusiya
infrastrukturu məhv etdi və ölkəmizin resurslarını mənimsəməyə başladı", -
fəallardan biri deyib. Digər bir etirazçı əlavə edib ki, Rusiya hakimiyyəti
"Suriya xalqını deyil, Bəşər Əsəd rejimini dəstəkləyir” və "Əsədlə birlikdə
mülki əhalini məhv edirlər”.
Alpər
Şərhlər