Bosniya və Herseqovinada gənclər arasında keçirilən taekvondo Avropa birinciliyinin ilk günündə, komandamızın bir üzvü medala sahib olub.
Qaynarinfo xəbər verir ki, 45 kq çəki dərəcəsində oğlanlar arasında mübarizəyə qatılan Pünhan Mürsəlov alman və moldovalı həmkarına qalib gələrək yarımfinala vəsiqəni təmin edib.
Yarımfinalda isə rusiyalı idmançıya məğlub olan taekvondoçumuz yarışı bürünc medalla başa vurub.
Səbuhi Həsənov