Xəbər lenti

İham Əliyev bu rayona 3 milyon manat ayırdı - SƏRƏNCAM
Ölkə14:33 19.02.2016

İham Əliyev bu rayona 3 milyon manat ayırdı - SƏRƏNCAM

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev Tovuz rayonunun Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala- Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:
“1. Əlli min nəfərə yaxın əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 4,0 (dörd) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin”.
Qaynar.info