Xəbər lenti

İki ayda 113,8 min Azərbaycan vətəndaşı Gürcüstana səfər edib
Ölkə18:36 02.03.2016

İki ayda 113,8 min Azərbaycan vətəndaşı Gürcüstana səfər edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu ilin yanvar-fevral aylarında Gürcüstana 113,8 min Azərbaycan vətəndaşı səfər edib. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin rəsmi məlumatında bildirilir.
Qeyd olunur ki, bu rəqəm keçən ilin müvafiq dövrü ilə müqayisədə 41,9 faiz çoxdur.
Gürcüstana səfər edənlər arasında Türkiyə vətəndaşları (92 min nəfər) ikinci yerdədir.
Ümumilikdə, yanvar-fevral aylarında Gürcüstana 683,5 min əcnəbi səfər edib. Bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz çoxdur. (APA)
Qaynar.info