
Quba sakini Cavid Qurbanovla Madər Musayevin onun xüsusi torpaq sahəsini zəbt etdiyini iddia edir
Quba rayon Qimil-Qazma kənd sakini Rəhimov Bəhruz Bünyədəli oglunun xüsusi torpaq sahəsini əlindən alıblar. Editor.az dogru.tv-ə istinadən xəbər verir ki, Nə qədər qəribə olsa da vətəndaşın torpağını zəbt edib özünü də yaxına buraxmayanlar Milli Məclisin deputatalarıdır. Quba rayon Qimil-Qazma kənd sakini Rəhimov Bəhruz Bünyədəli oğlunun xüsusi torpaq sahəsini iki deputat qanunsuz şəkildə zəbt edib.
Şikayətçi bildirir ki ona məxsus torpaq saxta səndlərlə deputatlara verilib. Saxta sənədlərdə “Azəryolservis” ASC-nin rəhbəri, millət vəkili Cavid Qurbanovun oğlu Şəmşir Qurbanovunvə milli məclisin deputatı Musayev Madər Ələsgər oglunun adınadır. Halbuki heç bir alqı-satqı olmayıb.
Elə bu səbəbdən də deputatlar arsında pay-puş edilən torpağın əsl sahibi Rəhimov Bəhruz onları məhkəməyə verib. Lakin bu günə kimi heç bir instansiya bu haqsızlığa baxmaq istəmir.
Şikayətçi bildirir ki, Quba Natariat Kontorunda bununla bağlı hər hansı alqı-satqı prosesi qeydə alınmayıb. Məsələnin ilginc tərəfi isə ondadır ki, bu barədə natarius Zaur Dəmirov rəsmi sənəd verərək bildirib ki, məhkəməyə təqdim olunan sənəd saxtadır. Lakin ortada da rəsmi olaraq torpaq sənədlərnin saxta olduğu haldaməhkəmə kənd sakini deyil deputatları müdafiə edir.
Şikayətçi bildirir ki, həmin ərazidə deputatlar dəbdəbəli villalar tikdirib, həmin ərazidə Hacı Madar və Cavid Qurbanov qonşudular.///dogru.tv