İki məşhur müğənni- Halil Sezai və Melis Karın sevgili olmağı barədə şayiələr yayılmağa başlayıb. “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, ötən gün M.Karın konsertinə qatılan Sezai səmimi halları ilə dedi-qoduların artmasına səbəb olub.
Müğənni səhnəyə çıxaraq Karla duet oxuyub. “Halil Sezai hər zaman yanımda olub, bu gecə də məni tək buraxmadı. Məni çox xoşbəxt etdin”, - M.Kar bildirib.
Konsertdən sonra Melis jurnalistlərin suallarını cavablandırıb: “Sevgi hər zaman olur. Bizim çox yaxşı dostluq münasibətimiz var. Bu barədə çox danışmağa dəyməz”.
Qaynarinfo.az



